TOKİO-2020: Bizim "çəkic" medallıq olmadı

1 Avqust 2021 08:10 Paris-2024 838
TOKİO-2020: Bizim "çəkic" medallıq olmadı

Tokio Olimpiadasında yüngül atletika yarışlarına start verilib. Azərbaycan atletikanın çoxsaylı növlərindən yalnız ikisində təmsil olunur. Onlardan üçtəkanla tullanma növündə çıxış edən Nazim Babayev hələ mübarizəyə qoşulmayıb.

Qadınlar arasında çəkicatma yarışına isə start verilib. Təəssüf ki, bu növdəki təmsilçimiz Anna Skidanın çıxışı uğursuz alınıb.

Ukraynalı legionerin atdığı çəkic 69,57 metr uzağa düşüb. Bu göstərici ilə atletimiz yer aldığı A qrupunda 15 iştirakçı arasında 8-ci yeri tutub.

B qrupunda da mübarizə başa çatdıqdan sonra orada Anna Skidandan daha yaxşı nəticə göstərən 8 iştirakçının olduğu müəyyənləşib. Beləliklə, 2 qrupun ümumi nəticəsinə əsasən idmançımız təsnifat mərhələsini 16-cı sırada bitirib.

Final mərhələsinə ilk 12 yer vəsiqə verdiyindən Anna Skidan medallar uğrunda mübarizədən kənarda qalıb. Bununla Azərbaycanın Tokio-2020-də çıxışını başa vuran idmançılarının sayı 25-ə çatıb.

SPORTİNFO.AZ

Xəbər Lenti