TOKİO-2020: Futbolda yarımfinalçılar müəyyənləşdi

31 İyul 2021 18:00 Paris-2024 812
TOKİO-2020: Futbolda yarımfinalçılar müəyyənləşdi

Tokio-2020 Yay Olimpiya Oyunlarında futbol yarışları davam edir.

Sportinfo.az xəbər verir ki, bu gün yarımfinalçılar müəyyənləşib. İspaniya, Yaponiya, Braziliya və Meksika milliləri rəqiblərindən üstün olaraq yarımfinala çıxıblar.

İspaniya - Kot-d İvuar 5:2 (əlavə vaxtda)

Qollar: Dani Olmo, 30. Rafael Mir, 90+3; 117; 120+1. Mikel Oyarsabal, 98.

Yaponiya - Yeni Zellandiya 0:0 (penalti - 4:2)

Braziliya - Misir 1:0

Qol: Mateus Cuna, 37.

Cənubi Koreya - Meksika 3:6

Qollar: Donq-Qyeonq Li, 20; 51. Ui-Jo Hvanq, 90+1 - Henri Martin, 12; 54. Luis Romo, 30. Sebastian Kordova, 39; 63. Eduardo Aquyr, 84.

Qeyd edək ki, yarımfinalda İspaniya Yaponiya, Braziliya Meksika ilə qarşılaşacaq.

Xəbər Lenti