Tokio-2020-də Azərbaycan-Ermənistan dueli

30 İyul 2021 19:00 Paris-2024 1 399
Tokio-2020-də Azərbaycan-Ermənistan dueli

Sabah - iyulun 31-də Tokio Olimpiadasında Azərbaycan idmançılarından yalnız Cavid Çələbiyev çıxış edəcək.

63 kq çəki dərəcəsində döyüşən boksçumuz 1\8 final mərhələsində Ermənistan təmsilçisi Hovannes Boçkovla qarşılaşacaq.

Bu, Tokio Olimpiadasında düşmən ölkənin təmsilçisi ilə idmançılarımızın ilk qarşılaşması olacaq. İlkin mərhələdə Çələbiyev Ukrayna idmançısı Yaroslav Xartsiz üzərində inamlı qələbə qazanıb - 5:0.

Erməni boksçu isə 1\16 finalda boks ölkəsi sayılmayan Antiqua və Barbudanın təmsilçisinə qalib gəlib. Çələbiyevlə Boçkovun döyüşü səhər Bakı vaxtı ilə təxminən saat 7:36-da başlayacaq.

Xatırladaq ki, Azərbaycan idmançılarından 23-ü artıq Tokioda çıxışını başa vurub. Onlardan cüdoçu İrina Kindzerska bürünc medal qazanıb.

Kubalı boksçumuz Alfonso Dominges isə yarımfinala çıxmaqla minimum bürünc medalı özü üçün təmin edib.

SPORTİNFO.AZ

Xəbər Lenti