TOKİO-2020: Azərbaycanın 2-ci medalı

30 İyul 2021 14:50 Paris-2024 974
TOKİO-2020: Azərbaycanın 2-ci medalı

Azərbaycan Tokio Olimpiadasında 2-ci medalını təmin edib. Hələ bu medalın əyarı tam müəyyənləşməsə də, azı bürünc mükafat olacağı dəqiqdir.

Belə ki, boks yarışlarında 81 kq çəki dərəcəsində döyüşən kubalı legionerimiz Alfonso Dominges 1/4 finalda türkiyəli Bayram Malkana 5:0 (28:27, 29:26, 28:27, 29:26, 28:27) hesabı ilə qalib gəlib.

Bununla da Alfonso yarımfinala vəsiqə qazanmaqla yanaşı özü üçün ən azı bürünc medalı təmin edib.

O, finala gedən yolda kubalı Arlen Lopeslə qarşılaşacaq. Döyüş avqustun 1-də olacaq.

SPORTİNFO.AZ

Xəbər Lenti