TOKİO-2020: Cüdoçumuz yarımfinalda uduzdu

30 İyul 2021 12:10 Paris-2024 718
TOKİO-2020: Cüdoçumuz yarımfinalda uduzdu

Cüdoda son medal ümidimiz sayılan İrina Kindzerska (+78) bir qədər əvvəl yarımfinal görüşünü keçirib.

Ukraynalı legionerimiz yaponiyalı dünya çempionu Akira Sone ilə görüşdə məğlub olub. İndi İrina son şansından istifadə edib bürünc medal uğrunda görüşdə qələbə qazanmalıdır.

Xatırladaq ki, 9 cüdoçumuzdan 8-i, ümumilikdə isə 22 idmançımız olimpiadanı medalsız başa vurub.

SPORTİNFO.AZ

Xəbər Lenti