Çempionluğa iddialı klubda yeni baş məşqçi - SON DƏQİQƏ

29 Noyabr 2025 10:40 Səbail 2 663
Çempionluğa iddialı klubda yeni baş məşqçi - SON DƏQİQƏ

«Səbail»in yeni baş məşqçisinin kimliyi müəyyənləşib.

Elvin Məmmədovla vidalaşan Bayıl təmsilçisini bundan sonra Adil Şükürov çalışdıracaq.

O, ən azı mövsümün sonunadək «dənizçilər»in sükanı arxasında dayanacaq.

Şükürov son olaraq «Kəpəz»də işləyib. İyun-oktyabr ayları ərzində Gəncə klubunda fəaliyyət göstərib və uğursuz nəticələr üzündən istefaya göndərilib.

Elə gəldiyi «Səbail»də də vəziyyət yaxşı deyil. Son turda «Cəbrayıl»a 0:2 hesabıyla uduzan komanda çempionluq yolunda ağır zərbə alıb.

«Dənizçilər» hazırda I Liqada lider «Şəfa»dan 5 xal geridədir. Elvin Məmmədovun baş məşqçi postundan getməsi də buna görədir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
7 Yanvar 18:10 Çək və bizə göndər!