Dünyasını dəyişmiş kapitan bölgədə yad edildi

13 Fevral 23:40 Səbail 495
Dünyasını dəyişmiş kapitan bölgədə yad edildi

"Səbail" sabiq kapitanı Şəhriyar Rəhimovu Qəbələdə yad edib.

Premyer Liqanın 22-ci turu çərçivəsində "Səbail" "Kəpəz"in qonağı olub.

Qəbələdə keçirilən və Bayıl təmsilçisinin 4:1 hesablı qələbəsilə bitən matçın 13-cü dəqiqəsində qonaq fanatlar dünyasın dəyişmiş Şəhriyar Rəhimovu unutmadıqlarını göstəriblər.

Bakıdan gələn "dənizçilər" azarkeş qrupunun üzvləri qarşılaşmanın 13-cü dəqiqəsində "Şəhriyar hər zaman qəlbimizdəsən" şuarını səsləndiriblər.

Şəhriyar Rəhimov 34 yaşında onkoloji xəstəlikdən vəfat edib. O, 2018-2019-cu illərdə Azərbaycan millisinin heyətində 9 oyunda meydana çıxıb.

Mərhum futbolçunun son klubu "Səbail" olub.

O, karyerası ərzində “İnter” (indiki “Şamaxı”), “Karvan”, AZAL, “Rəvan”, “Kəpəz” və “Zirə” klublarının formasını da geyinib.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti