"Qarabağ" kimi komandaya qarşı yaxşı oynasaq da ..." - Şimali Makedoniyalı futbolçu

1 Mart 2021 17:40 Səbail 1 027
"Qarabağ" kimi komandaya qarşı yaxşı oynasaq da ..." - Şimali Makedoniyalı futbolçu

"Qarabağ" kimi komandaya qarşı yaxşı oynasaq da 1-0 məğlub olduq. Sona kimi vuruşduq və yaxşı tərəflərimizi nümayiş etdirdik".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Səbail"in futbolçusu Petrovik Milovan deyib.

Şimali Makedoniyalı legioner "Keşlə" ilə oyun barəsində də danışıb:

"Qarabağ"la oyunu unudub, yalnız "Keşlə" oyunu düşünürük. Rəqibə qarşı hansı formada oynamaq lazım olduğunu analiz edəcəyik. Ən əsası öz komandamıza konsetrasiya olmalıyıq. Yaxşı şeyləri yüksəltməli və səhvləri minimuma endirməyə çalışmalıyıq".

Əcnəbi futbolçu mövsümün qalan bölümündə daha yaxşı performans göstərə biləcəyini sözlərinə əlavə edib: "Komanda yoldaşlarım və klubda çalışanların məni yaxşı qəbul etmələri sayəsində özümü yaxşı hiss edirəm. Mənim üçün "Səbail" yeni çağırışdır. Komandamın daha yaxşı nəticələr əldə etməsi üçün kömək etməli olduğumu bilirəm. Mənim üçün əvvəlcə komandam vacibdir. Komandamız daha yaxşı çıxış etsə, mən də daha yaxşı olacağam".

Xəbər Lenti
18 Sentyabr 23:40 Bölgə klubunda pul davası!
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 01:00 "Mingəçevir" qalib gəldi