"Vəziyyət məni qorxudurmu? Xeyr, qorxmuram" - "Qarabağ"ın legioneri

22 Oktyabr 2020 21:20 Qarabağ 540
"Vəziyyət məni qorxudurmu? Xeyr, qorxmuram" - "Qarabağ"ın legioneri

Sportinfo.az xəbər verir ki, "Qarabağ"ın serbiyalı yarımmüdafiəçisi Uroş Matiç İsrailin "Sport1" nəşrinin suallarını cavablandırıb.

- "Makkabi"ni yaxşı tanıyıram. Zəngin tarixi və çılğın azarkeşləri olan böyük klubdur. Son illər orada bir neçə serbiyalı futbolçu çıxış edib. Təl-Əviv klubunda 4 mövsüm keçirmiş qapıçı Predraq Reykoviçi xatırlayıram. Ona görə də serblər "Makkabi"nin oyunlarına çox baxırlar. Alan Turqemanla yaxşı münasibətim var. 3 il əvvəl Avstriyada birlikdə oynamışıq. Əla oğlan və futbolçudur. Sosial şəbəkələr vasitəsilə əlaqə saxlayırıq. Super hücumçudur. Düşünürəm ki, daha yaxşı çempionatlarda oynamaq potensialı var. İnanılmaz qol duyumuna malikdir.

- Sizcə, "Makkabi" - "Qarabağ" oyununda favorit kimdir?

- Son vaxtlar "Makkabi"nin oyunlarını izləmişəm. Ona görə də ciddi hazırlaşmışıq. Çempionlar Liqasından gəlmiş əla komanda ilə oynayacağıq. "Zaltsburq" kimi kluba qarşı çox yaxşı mübarizə apardılar. "Makkabi"nin vurduğu qolları gördüm. Xüsusilə Den Bittonun qolu baxımlı idi. Deyə bilərəm ki, keyfiyyətli oyunçuları olan komandadır. Proqnoz verməkdə çox zəifəm. Meydana çıxıb vuruşmağı xoşlayıram. Aydın məsələdir ki, "Makkabi" evdə qələbə qazanmaq istəyəcək. Amma biz də buraya xal və ya xallar üçün gəlmişik.

- Karyeranız ərzində Avropa klublarında oynamısınız. Niyə "Qarabağ"ı seçdiniz?

- Bura 3 ay əvvəl gəlmişəm. Hələlik hər şey məni qane edir. "Qarabağ" ölkənin ən böyük klubudur. Daim titul uğrunda mübarizə aparır. Müntəzəm olaraq, avrokuboklarda mübarizə aparırlar. Bunun sayəsində yenidən beynəlxalq oyunlar keçirirəm. İnsanlar Azərbaycan futbol haqqında məlumatsız ola bilərlər. Amma "Qarabağ" böyük klubdur.

- Hazırda Ermənistanla Azərbaycan arasında müharibə gedir. Bu, sizə necə təsir göstərir?

- Əlbəttə ki, idmana bir az təsir edir. Amma liqa hələ oynanılır. Döyüşlər getsə də, mübarizəmizi meydanda aparmağa çalışırıq. Biz siyasətçi yox, futbolçuyuq. Vəzifəmiz çempionluq titulunu qorumaq və Avropada uğur qazanmaqdır. Vəziyyət məni qorxudurmu? Xeyr, qorxmuram. Bütün diqqətimi futbola yönəltməyə çalışıram.

- Qrupdakı komandaların şanslarını necə görürsünüz?

- Bütün komandalar güclüdür. Start çox vacibdir. Hər komandanın sonrakı mərhələyə yüksəlmək şansı var. Koronavirus səbəbindən rəqiblərin necə hazırlaşdığını bilmirik. Bunu görmək lazımdır, çünki vəziyyət əvvəlkindən fərqlidir. Böyük sürprizlərin olacağını düşünürəm. Hazırda "Makkabi" ilə oyunu düşünürük.

- Çempionlar Liqasından uzaqda deyildiniz...

- Bəxtsizlikdən əziyyət çəkdik. "Molde" ilə oyuna nəzarət edirdik. Çərçivəyə bir zərbə belə vurmadılar, amma futbolda bəzən belə şeylər olur. Bundan sonra Avropa Liqasının pley-off mərhələsində Polşa "Legiya"sını 3:0 hesabı ilə məğlub etdik. İndi çoxlu oyunumuz var və bütün heyətdən istifadə etməli olacağıq. Düşünürəm ki, Çempionlar Liqasında oynaya bilərdik, amma bu baş vermədi, Avropa Liqası gərgin və maraqlı olacaq.

Digər Xəbərlər
Xəbər Lenti