Tanınmış ispan "Qarabağ"ın üzünü görməyəcək?

20 Oktyabr 2020 11:34 Qarabağ 631
Tanınmış ispan "Qarabağ"ın üzünü görməyəcək?

"Qarabağ"ın Avropa Liqasının I qrupundakı rəqiblərindən "Vilyarreal"ın daha bir futbolçusu zədələnib.

Sportinfo.az xəbər verir ki, komandanın təcrübəli oyunçularından Dani Parexo sıradan çıxıb.

31 yaşlı yarımmüdafiəçi La Liqanın VI turunda "Valensiya"nı 2:1 hesabı ilə məğlub etdikləri matçda əzələ zədəsi ilə üzləşib. Parexonun yaşıl meydanlara qayıtma müddəti zədənin sonrakı vəziyyətindən asılı olacaq.

Daha əvvəl "Vilyarreal"da Pervis Estupinyan və Jerar Moreno zədələnib, koronavirusa yoluxan Sofian Çakla isə müalicə alır. Moreno ilə Estupinyanın səfərdə "Qarabağ"la matçda iştirak etməyəcəyi dəqiqdir.

Ağdam təmsilçisi "Vilyarreal"la oktyabrın 29-da evdə, dekabrın 11-də isə İspaniyada üz-üzə gələcək. Ölkə çempionu ilk turda İsrail "Makkabi"sinin (Tel-Əviv) qonağı olacaq. İspaniya klubu isə Türkiyə "Sivasspor"unu qəbul edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!