"Məncə, "Qarabağ"la "Legiya"nın qrupa vəsiqə şansı eynidir"

27 Sentyabr 2020 18:00 Qarabağ 607
"Məncə, "Qarabağ"la "Legiya"nın qrupa vəsiqə şansı eynidir"

"Hələ "Legiya"nın oyununa baxmamışam, amma bilirəm ki, Polşanın ən güclü komandalarından biridir".

Sportinfo.az xəbər verir ki, bu sözlər "Qəbələ"ni "Yagelloniya"ya dəyişən FernanLopesə aiddir.

1 il Azərbaycanda çıxış etmiş ispaniyalı yarımmüdafiəçi "Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsindəki potensial rəqiblərindən olan yerli "Legiya" barədə danışıb.

O, hər iki komandanın qrupa düşmə şanslarını bərabər qiymətləndirib: "Heç şübhəsiz, çox gərgin oyun olacaq. Məncə, hər iki komandanın qrupa vəsiqə şansları eynidir".

Digər Xəbərlər
Xəbər Lenti