"Qarabağ"a görə daha çox çalışmalıyıq" - "Legiya"nın baş məşqçisi

25 Sentyabr 2020 09:14 Qarabağ 724
"Qarabağ"a görə daha çox çalışmalıyıq" - "Legiya"nın baş məşqçisi

"Lazım olanı etdik və növbəti mərhələyə vəsiqə qazandıq.

Hərdən istədiyimiz kimi oynayırdıq. Amma elə məqamlar da oldu ki, onların üzərində işləməliyik".

Sportinfo.az xəbər verir ki, bunu "Legiya"nın baş məşqçisi Çeslav Mixneviç Kosovo "Drita"sına 2:0 hesabı ilə qalib gəldikləri Avropa Liqasının III təsnifat mərhələsinin oyunundan sonra mətbuat konfransında deyib.

50 yaşlı mütəxəssis bildirib ki, bu görüşə hazırlıq üçün vaxtları az olub. O, pley-off mərhələsində "Qarabağ"la keçirəcəkləri görüşədək daha çox çalışmalı olduqlarını vurğulayıb: "Qol vəziyyətləri yarada bilsək də, sayları az oldu.

Mənə oyun dinamikası və quruculuğunda, həmçinin top itirdikdən sonra daha çox hərəkətlilik lazımdır. Qarşılaşmanı 3 kamera ilə çəkmişik, ona görə də analiz üçün materialımız var. Bu görüşün hərtərəfli incələyəcəyik".

Mixneviç pley-off mərhələsində "Qarabağ"la keçirəcəkləri oyunun hazırlıqlarına sentyabrın 26-dan başlayacaqlarını söyləyib.

O, Azərbaycan təmsilçisi barədə hazır materialın bazar günü əllərində olacağını vurğulayıb: "Avropa Liqasının qrup mərhələsi uğrunda mübarizə imkanı qazanmaq üçün çalışacağıq".

"Legiya" - "Qarabağ" matçı oktyabrın 1-də Varşavada keçiriləcək. Qalib komanda Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanacaq.

Digər Xəbərlər
Xəbər Lenti
18 Mart 11:00 Görürsüz, nə var?