“Qarabağ” sentyabrın 18-də biləcək ki...

17 Sentyabr 2020 00:00 Qarabağ 598
“Qarabağ” sentyabrın 18-də biləcək ki...

Çempionlar Liqasının III təsnifat mərhələsində Norveç “Molde”sinə uduzan Azərbaycan təmsilçisi “Qarabağ” Avropa Liqasına yuvarlanıb.

Sportinfo.az xəbər verir ki, Qurban Qurbanovun yetirmələri Avropanın ikinci dərəcəli klub turnirinin pley-offunda mübarizə aparacaq.

Bu mərhələnin püşkatması sentyabrın 18-də gerçəkləşəcək. İsveçrənin Nyon şəhərindəki tədbir Bakı vaxtı ilə 16:00-da başlayacaq.

Pley-offda 16 komanda mübarizə aparacaq. Bunlardan 5-i Çempionlar Liqasının III təsnifat mərhələsində uduzanlar, 9-u Avropa Liqasının Çempionlar yolunun III təsnifat mərhələsində qalib gələnlərdir.

Çempionlar Liqasının II təsnifat mərhələsində uduzan “Tirana” (Albaniya) və “Lüdoqorets” (Bolqarıstan) pley-offa birbaşa yüksəlib. Bir matçdan ibarət pley-offun oyunları oktyabrın 1-də keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!