38 yaşlı Aqollidən ABŞ-da baxımlı qol - VİDEO

4 Avqust 2020 12:02 Qarabağ 1 314
38 yaşlı Aqollidən ABŞ-da baxımlı qol - VİDEO

ABŞ-ın "Nyu-York Kosmos" klubunun futbolçusu Ansi Aqolli "NISA Independent Cup" turnirində baxımlı qola imza atıb.

Sportinfo.az xəbər verir ki, albaniyalı sol cinah müdafiəçisi 4 komanda arasındakı mini-turnirin "Nyu Amsterdam"la oyununun ilk hissəsində cərimə zərbəsindən topu birbaşa qapıya göndərib.

Qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb. "Nyu-York Kosmos" növbəti görüşünü "Miçiqan Stars" komandasına qarşı keçirəcək.

2012 - 2019-cu illərdə "Qarabağ"da çıxış etmiş Ansi Aqolli ötən mövsüm ABŞ klubu ilə səviyyəcə dördüncü sayılan Milli Premyer Liqada (NPSL) çempion olub. 38 yaşlı müdafiəçi iyunda komandası ilə başa çatan müqaviləsinin müddətini 1 il uzadıb.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!