Danimarka klubu "Qarabağ"ın anlaşdığı futbolçuya "ok" verdi

22 İyul 2020 20:20 Qarabağ 2 265
Danimarka klubu "Qarabağ"ın anlaşdığı futbolçuya "ok" verdi

«Qarabağ» Uros Matiçin transfer məsələsində sona gəlib.

Sportinfo.az-ın məlumatına görə, serbiyalı müdafiəçi Azərbaycan çempionu ilə bütün müqavilə şərtlərini razılaşdırıb.

Transfer hüququ «Kopenhagen»ə məxsus olan, icarə əsasında 2 mövsümü «Austriya» və APOEL-də keçirən 31 yaşlı legioner yaxın günlərdə Bakıya gəlməlidir.

Danimarka klubu 2017-ci ildə sıralarına qatdığı balkanlı futbolçuya sərbəst agent statusu verməyə razılaşıb. Matiç «Qarabağ»ı seçdiyindən, APOEL-in onu yenidən 1 illik icarəyə götürmək təklifini geri çevirib.

Digər Xəbərlər
Xəbər Lenti