"Bu baş versə, Azərbaycan üçün böyük uğur olacaq"

6 Noyabr 2019 14:56 Qarabağ 986
"Bu baş versə, Azərbaycan üçün böyük uğur olacaq"

"Qarabağ"ı sabah çox vacib oyun gözləyir. Çətin görüş olacaq".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Qarabağ" və Makedoniya millisinin sabiq futbolçusu Artim Şakiri deyib.

2008/2009 mövsümündə Ağdam klubunun şərəfini qorumuş Şakiri “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsinin dördüncü turu çərçivəsində APOEL-ə qarşı oyunu haqda danışıb:

"APOEL evdə uğurlu nəticə üçün oynayacaq. Amma “Qarabağ”ın sərfəli nəticə ilə dönəcəyinə inanıram. “Qarabağ” qrupda 2-ci yeri tutur. Məncə, onlar qrup mərhələsini uğurla başa vuraraq, pley-offa yüksələcək. Bu baş versə, Azərbaycan futbolu üçün böyük uğur olacaq”.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!