"Qarabağ"ı dəfələrlə qurtardı, ilk "3-lük"də yer aldı

15 Dekabr 2023 14:40 Qarabağ 1 103
"Qarabağ"ı dəfələrlə qurtardı, ilk "3-lük"də yer aldı

"Qarabağ"ın qapıçısı Andrey Lunyov Avropa Liqasının qrup mərhələsində ən çox qurtarış edən qapıçılardandır.

Sportinfo.az xəbər verir ki, 32 yaşlı qolkiper 5 qarşılaşmada 23 seyvlə yadda qalıb.

Rusiyalı kiper bu göstəriciyə görə üçüncü pillədə qərarlaşıb.

Kipr təmsilçisi "Aris"in braziliyalı qapıçısı Vana (30) liderdir. Polşanın "Rakuv" klubundan Vladan Kovaçeviç (27) ikinci sıradadır.

"Qarabağ" qrup mərhələsinin VI turunda Bakıda İsveçin "Hakken" klubunu 2:1 hesabı ilə məğlub edərək, tarixində ilk dəfə bu turnirin pley-offuna vəsiqə qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti