Belində "qrija" əmələ gəldi, əsəbləri pozuldu, ayaqları tutuldu, "Qarabağ" imtina etdi

5 Fevral 2023 13:00 Qarabağ 5 396
Belində "qrija" əmələ gəldi, əsəbləri pozuldu, ayaqları tutuldu, "Qarabağ" imtina etdi

"Bayer"in (Leverkuzen) qapıçısı Andrey Lunyovun "Qarabağ"a keçidinin baş tutmamasının gerçək səbəbi məlum olub.

Rusiyalı kiper Azərbaycan çempionu ilə müqavilə bağlayacağı gün belindən ciddi zədə alıb.

Almaniya klubunda sonuncu məşqinə çıxan 25 yaşlı "əlcək sahibi"nin kürəyində ağrılar əmələ gəlib.

Müayinədən keçirilən Lunyovun belində "qrija" əmələ gəldiyi üzə çıxıb.

Nəticədə bu, onda əsəbi sarsıntı əmələ gətirib, ayaqlarının tutulmasına gətirib çıxarıb. Həkimlər "Zenit"in yetirməsinə minimum 4-6 həftəarası reablitasiya kursu keçməyi tapşırıb.

Rus qapıçı bu müddətdə fizioterapiya olmalı, əsəblərini müalicə etdirməlidir. Onun yaşıl sahələrə dönüşü isə 2-2,5 aydan tez baş tutmayacaq.

Halbuki bu problem yaranmsasaydı, "Qarabağ" Lunyovla 1,5 illik müqavilə imzalaycaqdı. Həkimlərin qoyduğu diaqnoz Ağda təmsilçisini fikrindən daşındırıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!