“Qarabağ” indi də buna imza atdı - 18 ilin hekayəsi

27 Yanvar 2023 03:00 Qarabağ 932
“Qarabağ” indi də buna imza atdı - 18 ilin hekayəsi

“Qarabağ” cari mövsüm Premyer Liqada 50 qol həddinə 19 oyunda çatmaqla son 18 ilin rekorduna imza atıb.

Sportinfo.az xəbər verir ki, Ağdam klubu XIX turda “Turan Tovuz” üzərində səfərdə 3:2 hesablı qələbə qazandığı görüşdə buna nail olub.

Ağdamlıların matçda ikinci qolu mövsümdə 50-ci qol olub. Belə məhsuldarlığa sonuncu dəfə 2003/04 mövsümündə təsadüf olunub.

19 qarşılaşmada rəqib qapılarından 51 top keçirən Qurban Qurbanovun yetirmələri 19 il əvvəlki göstəricisini təkrarlayıblar. Bu, klub tarixinin 19 tur üçün rekordudur.

Ölkə çempionatları tarixində ilk 19 görüşdə ən çox qol vuran komanda “Kəpəz”dir. Gəncəlilər 1998/1999 mövsümünün müvafiq hissəsində 66 qola imza atıblar.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!