“Qarabağ” artıq bizə nəsə göstərdi“ – Tanınmış rusiyalı məşqçi

24 Sentyabr 09:00 Qarabağ 2 593
“Qarabağ” artıq bizə nəsə göstərdi“ – Tanınmış rusiyalı məşqçi

Macarıstan “Ferentsvaroş”unun baş məşqçisi Stanislav Çerçesov “Qarabağ”a qarşı keçirdikləri Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin oyunları haqda növbəti dəfə fikirlərini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, “Sport-ekpsress” qəzetinə verdiyi geniş müsahibədə rusiyalı mütəxəssis bu matçlar barədə də danışıb.

O deyib: “Çempionlar Liqasının qrupuna düşmək üçün səkkiz oyun keçirməlisən. Düz səkkiz oyun. Bir səhv, bir pis gün, bir pis ötürmə, bir yanlış fitlə hər şey bitə bilər.

“Qarabağ”la evdəki oyunda belə oldu. Matçın əvvəlində, demək olar, özümüz özümüzə qol vurduq. Bizim qapımız qarşısından uzaqlaşan rəqibin hücumçusuna ötürmə verdik.

5-ci dəqiqədə təkbətəkdən qol buraxdıq. Biz səfərdə Azərbaycan komandasına qarşı keyfiyyətli oyun nümayiş etdirərək heç-heçəyə (1:1) nail olmuşduq.

Evdəki matç isə belə başladı və biz vəziyyəti dəyişə bilmədik. Yeri gəlmişkən, “Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsində “Viktoriya” Plzendən daha yaxşı idi”.

Çerşesov bu zaman “Qarabağ”ın qapıçısının cavab matçındakı inamsız oyununu qabardıb. O eyni zamanda deyib:

“Azərbaycan komandası rəqibdən güclü oynasa da, Çempionlar Liqasına düşə bilmədi.

Çünki siz öz ölkələrinin çempionlarına qarşı səkkiz oyun keçirirsiniz! Həm də ənənələri və səviyyəsi olan komandalara qarşı”.

Çerşesovun komandası hazırda Avropa Liqasının qrupunda yarışır. O, bununla bağlı danışarkən də “Qarabağ”da haqda müsbət fikir səsləndirib:

“İndi biz Çempionlar Liqasında yox, Avropa Liqasındayıq. Hədəflərimizi müəyyənləşdirmək lazımdır. “Qarabağ” artıq bizə nəsə göstərdi.

Bizim məşqçilər korpusumuz istəsək də, istəməsək də, altı ildir ki, klub futbolunda işləmirdik və bu, bizim üçün də müəyyən təcrübə oldu”.

“Qarabağ” ÇL-in üçüncü təsnifat mərhələsində “Ferenstvaroş”la Bakıda 1:1 hesablı heç-heçə edib, səfərdə isə rəqibini məğlubiyyətə uğradıb (3:1).

Digər Xəbərlər
Xəbər Lenti
6 Dekabr 03:50 GÖZƏL futbol - FOTOLAR