"Qarabağ" üçün yenilik

20 Sentyabr 2022 09:00 Qarabağ 1 569
"Qarabağ" üçün yenilik

“Qarabağ” Azərbaycan çempionatlarında ən məhsuldar səfər oyununu keçirib. Ağdam klubu Misli Premyer Liqasının VII turunda “Zirə”nin qapısına 7 qol vurub.

Sportinfo.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, bu, bölgə təmsilçisinin səfər görüşləri üçün yeni rekorddur.

“Qarabağ” 1992-ci ildən keçirilən ölkə çempionatlarında yalnız öz meydanında 7 və ya daha çox qol vurmağı bacarmışdı.

7:1 hesablı qələbə qazanan ağdamlılar həm də ən böyükhesablı səfər qalibiyyətini təkrarlayıb. Bu, “Qarabağ”ın rəqib meydanındaki altı top fərqli 5-ci uğurudur.

Bu, həm də “Zirə”nin 7 qol buraxdığı ilk qarşılaşmadır. Qəsəbə təmsilçisi tarixində 3-cü dəfə 6 top fərqilə uduzub.

Zirədəki oyun həm mövsümün ən məhsuldar matçı, həm də ən böyükhesablı nəticəsi olub.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!