"Qarabağ"la matçdan sonra futbolçularda məyusluq və qəzəb var"

18 Sentyabr 2022 17:20 Qarabağ 364
"Qarabağ"la matçdan sonra futbolçularda məyusluq və qəzəb var"

"Qarabağ"la matçdan sonra futbolçularda məyusluq və qəzəb var, çünki məğlub olmağı sevmirik".

Sportinfo.az xəbər verir ki, bunu "Nant"in baş məşqçisi Antuan Kambuare Liqa 1-in VIII turunda "Lans"a qarşı keçirəcəkləri oyundan əvvəl mətbuat konfransında deyib.

59 yaşlı mütəxəssis avrokubokda uduzduqları görüşü analiz etdiklərini bildirib:

"Bütün diqqətimizi bu qarşılaşmaya yönəltmişik. Yaxşı oyun sərgiləmək niyyətindəyik. Futbolçulara inanıram. Qələbəyə çox ehtiyacımız var".

Fransalı baş məşqçi Fabionun zədə səbəbindən meydana çıxmayacağını söyləyib.

Bu gün keçiriləcək "Nant" - "Lans" matçı Bakı vaxtı ilə saat 19:05-də başlayacaq.

"Qarabağ" Avropa Liqasının qrup mərhələsinin II turunda Fransa təmsilçisini 3:0 hesabı ilə məğlub edib.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!