“Qarabağ”a afərin düşür” - “Nant”ın futbolçusu etiraf etdi

18 Sentyabr 2022 09:20 Qarabağ 720
“Qarabağ”a afərin düşür” - “Nant”ın futbolçusu etiraf etdi

“Nant”ın müdafiəçisi Jan-Şarl Kastelletto Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.

Sportinfo.az xəbər verir ki, o, 0:3 hesabıyla məğlub olduqları matçdan sonra bunları söyləyib:

“Bu rəqibə öz meydanında qalib gəlmək çox çətindir. Bununla belə, matçın əvvəllərində yaxşı oynadıq və qol şanslarımız oldu.

Amma ikinci yarıya yaxşı başlamadıq. Ardıcıl qollar bizi çətin vəziyyətə saldı. Bu cür müdafiə olunmamalıyıq.

“Qarabağ” çox yaxşı komandadır. Rəqibə afərin düşür. Biz isə öz oyunumuzu inkişaf etdirməliyik”.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!