“Qarabağ”ın yeni xilaskarının Türkiyədə etdikləri – VİDEOLAR

9 Avqust 2022 21:00 Qarabağ 2 426
“Qarabağ”ın yeni xilaskarının Türkiyədə etdikləri – VİDEOLAR

Ovusu Kvabena “Qarabağ”ın xilaskarına çevrilməkdədir.

“Sürix”lə səfər (2:2), “Ferentsvaroş”la Bakıdakı duellərdə (1:1) vacib qollara imza atan qanalı futbolçu azərbaycanlı futbolsevərlərin rəğbətini qazanmaqda davam edir.

Halbuki Ovusunun yenidən icarəyə veriləcəyi gözlənilirdi.

Ötən mövsümü icarə əsasında Türkiyənin Birinci Liqa təmsilçisi “Ankaragücü”ndə keçirən “11 nömrə”nin adı Qurban Qurbanovun cari mövsüm üçün planlarına daxil deyildi.

Lakin ehtimalları alt-üst edərək əsl bacarığını ortaya qoyan Kvabena İsveçrədə bərabərlik gətirən qolu vurdu, macarlarla Bakıda matçda komandasını yenilgidən xilas etdi.

Hücumameylli futbolçu xüsusi istedada sahibdir. Sadəcə “Qarabağ”da istədiyini ortaya qoymaqda çətinlik çəkir.

Nəyə qadir olduğunu görmək üçün ötən mövsüm “Ankaraspor”un heyətində rəqib qapılarından keçirdiyi möhtəşəm qollara baxmaq kifayətdir.

Maraqlıdır, “Qarabağ” Ovusunu icarəyə vermək fikrindən daşınıb?

Baxımlı qolları seyr edin:

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!