"Qarabağ"da tanınan hücumçu Türkiyə klubuna keçir?

11 İyun 2021 10:40 Qarabağ 957
"Qarabağ"da tanınan hücumçu Türkiyə klubuna keçir?

Çinin "Çjetszyan Qrintaun" klubundan ayrılan "Qarabağ"ın sabiq legioneri Dino Ndlovu karyerasını Türkiyədə davam etdirə bilər.

Sportinfo.az-ın yerli mətbuata istinadən məlumatına görə, "Kocaelispor" 31 yaşlı hücumçunu heyətinə qatmaq istəyir.

TFF 1-ci liqa təmsilçisi Cənubi Afrikadan olan forvardla danışıqlara başlayacaq.

Dino Ndlovu 2016-cı ilin avqustundan 2018-ci ilin dekabrınadək "Qarabağ"da çıxış edib. Ağdam təmsilçisi yanvarda təcrübəli oyunçu ilə danışıqlar aparmışdı.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!