“Neftçi”dən “Səbail” üzərində parlaq qələbə!

15 Mart 20:55 Premyerliqa 582
“Neftçi”dən “Səbail” üzərində parlaq qələbə!

Azərbaycan Premyer Liqasında XXVII tura start verilib.

Sportinfo.az xəbər verir ki, ilk gündə bir oyun keçirilib.

Günün yeganə matçında “Neftçi” meydana çıxıb. “Ağ-qaralar” doğma “Neftçi Arena”da “Səbail”i qəbul edib.

Turnir cədvəlində qonşu olan komandaların duelinə ev sahibləri sürətli başlayıblar. Miodraq Bojoviçin yetirmələri fasiləyə qədər rəqib qapısından iki cavabsız top keçiriblər.

Əvvəlcə 23-cü dəqiqədə “Səbail”in israilli müdafiəçisi Nir Bardea avtoqol müəllifi olub.

Cəmi 4 dəqiqə sonra bu dəfə “Neftçi”nin müdafiəçisi Azər Salahlı “səhnəyə çıxıb” və “dənizçilər”i ikinci dəfə mərkəzə dəvət edib. Qarşılaşmada son nöqtəni 85-ci dəqiqədə Yeqor Boqomolski qoyub.

Beləliklə, rəqibini 3:0 hesabı ilə məğlub edən “Neftçi” xallarının sayını 40-a çatdırıb. “Səbail” isə 37 xalda qalıb.

Şahin Diniyevin baş məşqçisi olduğu komanda “Neftçi” önündə 5 illik qələbə həsrətinə son qoya bilməyib. “Səbail” bu rəqibini sonuncu dəfə 2019-cu ildə məğlub edib.

Qeyd edək ki, III dövrənin son turunun digər oyunları martın 16-17-də keçiriləcək.

19:00. "Neftçi" – "Səbail" 3:0

Qollar: Nir Bardea, 23-avtoqol, Azər Salahlı 27, Yeqor Boqomolski, 85

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Kamranbəy Rəhimov.
VAR: Rauf Cabarov.
AVAR: Cavid Cəlilov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
“Neftçi Arena”

"Neftçi": 93. Rza Cəfərov, 10. Filip Ozobiç, 14. Eddi İsrafilov (k), 3. Höccət Haqverdi, 17. Rəhman Hacıyev, 19. Azər Salahlı, 4. Mark Tamaş, 99. Ervin Koffi, 44. Yuri Matias, 11. Kilan Lebon, 77. Yeqor Boqomolski

Ehtiyat oyunçular: 1. İvan Brkiç, 95. Rəvan Kazımov, 8. Emin Mahmudov, 2. Qara Qarayev, 26. Ömər Buludov, 91. Ağadadaş Salyanskiy, 16. Lukas Melano, 22. Reziuan Mirzov, 6. Dieqo Valdez, 9. Andre Şinyaşiki, 20. Alfa Konte

Baş məşqçi: Miodraq Bojoviç

"Səbail": 1. Səlahət Ağayev, 5. Adil Nağıyev (k), 74. Yusif Nəbiyev, 17. Rafael Məhərrəmli, 88. Valdemar Almeyda, 9. Aleksandr Ramalinqom, 27. Pedro Nuno, 55. Nir Bardea, 21. Anas Najah, 7. Madi Queta, 14. Suleyman Alluş

Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 6. Cabir Əmirli, 15. Vüqar Həsənov, 8. Bahadur Həziyev, 18. Süleyman Əhmədov, 11. Rüfət Abdullazadə, 19. Samir Abdullayev, 4. Adi Mehremiç, 77. Ayub Masika, 3. Silvayin Deslandes, 44. Yadin Luqasi

Baş məşqçi: Şahin Diniyev

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"