MARAQLI: Premyer Liqanın 3 komandası Antalyaya eyni təyyarədə uçacaq

11 Yanvar 2022 20:40 Premyerliqa 972
MARAQLI: Premyer Liqanın 3 komandası Antalyaya eyni təyyarədə uçacaq

Premyer Liqa təmsilçilərinin Antalyaya axını davam edir.

Cığıraçan rolunu “Zirə” oynamışdı. Rəşad Sadıqovun çalışdırdığı komanda yanvarın 5-də Bakını tərk etmişdi.

Yanvarın 10-da isə “Neftçi” qardaş ölkəyə yola düşdü.

Daha 3 komanda isə yanvarın 12-si səhər saatlarında havaya qalxacaq. Söhbət “Qarabağ”, “Sumqayıt” və “Sabah”dan gedir.

İşin maraqlı tərəfi bu 3 komandanın məşqçi və futbolçu heyətinin eyni təyyarənin göyərtəsində yer alacağıdır. Belə ki, adları çəkilən komandalar çərşənbə günü 07:55-ə nəzərdə tutulan Bakı-Antalya reysi ilə birbaşa ünvana uçacaq.

Halbuki, “Neftçi”ylə “Zirə” Bakı-İstanbul-Antalya reysindən yararlanmaq məcburiyyətində qalıb.

“Qəbələ” yanvarın 15-də Antalyaya yollanacaqsa, “Səbail”lə “Keşlə” qış hazırlığını Azərbaycanda keçəcək.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti