Burada hamı "doyub" - seçilən oyunçu yoxdur

29 Aprel 2021 14:20 Premyerliqa 500
Burada hamı "doyub" - seçilən oyunçu yoxdur

Bu gün Azərbaycan kubokunda yarımfinalın cavab oyunları keçiriləcək: "Zirə” “Keşlə”ni, “Qarabağ” “Sumqayıt”ı qəbul edəcək..

Sportinfo.az xəbər verir ki, turnirdə bombardirlik keyfiyyətləri ilə seçilən oyunçu yoxdur.

Kubokun ən məhsuldar oyunçuları vur-tut 2 qol vurub. Buna da 8 futbolçu nail olub.

Onlardan dördü mübarizəni davam etdirən komandaların üzvləridir. Mahir Emreli, Patrik Andrade (hər ikisi “Qarabağ”), Davit Volkov, Nemanya Andelkoviç (hər ikisi “Zirə”) ən azı sabah, komandası finala çıxsa isə həlledici görüşdə də fərqlənə bilərlər.

Digər 4 oyunçu üçün kubok mövsümü başa çatıb. Bunlar Amil Yunanov, Əfran İsmayılov (hər ikisi “Səbail”), Ceyms Adeniyi (“Qəbələ”), Roini İsmayılovdur (“Zaqatala”).

Digər Xəbərlər
Xəbər Lenti