Koronavirusun tüğyan etdiyi "Neftçi” nə istəyir?

3 Dekabr 2020 09:40 Neftçi 680
Koronavirusun tüğyan etdiyi "Neftçi” nə istəyir?

"Neftçi”də kütləvi koronavirusa yoluxma halı baş verib.

Belə ki, komandanın 11 üzvünün koronavirus testi pozitiv çıxıb.

Baş məşqçi Samir Abasov haqqında isə hələ qəti qərar bildirmək mümkün deyil:

Ötən cümə verilən testdən sonra klubun inzibatçısı, baş meneceri, köməkçi məşqçi Vəfadar Quliyev, qapıçılar üzrə məşqçi Etibar Tarıverdiyev və futbolçu Anton Krivotsyukda pozitiv nəticə çıxıb.

Ötəngünkü tibbi yoxlama zamanı isə Abasovda şübhəli simptomlar aşkarlanıb, odur ki, yenidən testə cəlb olunmalıdır. O, bu gün komanda ilə birgə test verəcək. Buna baxmayaraq, komandadan ayrıdır, izolyasiya olunub.

Dünənki testdən sonra isə tərcüməçi Vüqar Əliyevdə, futbolçulardan Mərt Çəlik, Mamadu Mboc, Voyislav Stankoviç, Fəhmin Muradbəyli və Kamran İbrahimovda pozitiv nəticə çıxıb.

Emin Mahmudov, Mirabdulla Abbasov və Cabir Əmirli artıq sağalıb. Onların son verdikləri testin cavabı neqativ çıxıb və artıq məşqlərə başlayıblar. Həmçinin Sabir Buqrində də neqativ nəticə çıxıb. Ancaq qrip olduğu üçün dünənki məşqdə iştirak etməyib”.

Premyer Liqada hazırda 3-cü yerdə qərarlaşmış "Neftçi” dekabrın 5-də "Sabah”ın qonağı olacaq. Saat 16:00-da başlayacaq görüş Masazır qəsəbəsindəki "Bank Respublika Arena”da keçiriləcək.

"Ağ-qaralar" bu matçın ertələnməsini, bu da olmasa, təxirə salınmasını istəyir. Peşəkar Futbol Liqası ilə bu yöndə şifahi danışıqlar aparılıb.

Gəl ki, təşkilatçı qurum ikinci varianta bəribaşdan mənfi yanaşıb. Yəni ki. qarşılaşma 1-2 gün gecikməylə keçirilə bilər, gələn ilə isə qala bilməz.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"