"Neftçi"də 2 PROBLEM

19 Noyabr 2020 16:20 Neftçi 848
"Neftçi"də 2 PROBLEM

"Neftçi" Azərbaycan Premyer Liqasında X turun "Qəbələ" ilə səfər oyununa futbolçu itkiləri ilə çıxacaq.

Sportinfo.az xəbər verir ki, zədəli Stiven Monrozla yanaşı, kapitan Emin Mahmudov da qarşıdakı matçı buraxacaq.

Ayağında problemi olan 28 yaşlı yarımmüdafiəçi komanda ilə birlikdə məşqlərə gələn həftədən başlayacaq. Təcrübəli oyunçu zədə səbəbindən çempionatın son 2 turunun "Sumqayıt" (0:0) və "Qarabağ"la qarşılaşmalarında (0:6) da iştirak etməyib.

Noyabrın 22-də keçiriləcək "Qəbələ" - "Neftçi" oyunu saat 14:00-da start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"