"Neftçi" təhlükədən narahatdır: "İndiki vəziyyətdə getmirik"

31 İyul 2020 18:34 Neftçi 1 717
"Neftçi" təhlükədən narahatdır: "İndiki vəziyyətdə getmirik"

"Neftçi" Qəbələdə təlim-məşq toplanışını davam etdirir.

Sportinfo.az xəbər verir ki, "fğ-qaralar"ın bölgə səfərindən sonra Avropa Liqasında daha yaxşı çıxış etmək üçün Türkiyəyə yollanacağı bildirilir.

Komanda avqustun 2-də qonşu ölkəyə yola düşməli və kurort məkanı sayılan Düzcedə yerləşən «Fenerbahçe Topuk Yayla»sında məskunlaşmalıdır.

Toplanışın son mərhələsi 10-14 çəkəcək. Klubun Media-marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Rüstəm Allahverdiyev bununla bağlı "hələ heç nə bilinmir" deyib:

"İndiki vəziyyətdə getmirik. Təbii ki, əsas səbəb ölkədə koronavirus pandemiyasına görə karantin müddətinin davam etməsi, hələ də təhlükənin olmasıdır.

Ona görə də avqustun 5-dən sonra nə qərar veriləcəksə, biz də ona uyğun plan quracağıq. Hazırda məlum olan odu ki, "Neftçi" avqustun 5-nə qədər Qəbələdə hazırlığı davam etdirəcək".

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"