"Neftçi" və "Qəbələ"də qazanıb gedən: "Azərbaycandakı 4 ili unutmayacam"

1 İyul 2020 15:46 Neftçi 1 035
"Neftçi" və "Qəbələ"də qazanıb gedən: "Azərbaycandakı 4 ili unutmayacam"

"Neftçi"dən ayrılan Baqali Dabo bu gündən azad agent statusu daşıyır.

Sportinfo.az xəbər verir ki, 2016-cı ildən ölkəmizdə çıxış edən fransalı forvard instaqram səhifəsi vasitəsilə vida məktubu yazıb.

"Qəbələ" və "Neftçi"nin sabiq üzvü Azərbaycana minnətdarlığını bildirib: "Təşəkkürlər, Azərbaycan. Geridə qalan 4 il ərzində buradakı hər anı heç vaxt unutmayacam və hər şeyin ən yaxşısını diləyirəm. Bilirəm ki, Azərbaycan gələcəkdə daha da inkişaf edəcək. Bir daha təşəkkür edirəm".

Baqali Dabo 2 il "Qəbələ"nin, 2 il isə "Neftçi"nin formasını geyinib. 32 yaşlı oyunçu karyerasını Kipr klubu "Apollon"da davam etdirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"