"Neftçi" Ceyhun Sultanova görə sanksiyaya məruz qalacaq

23 İyun 2020 20:00 Neftçi 1 317
"Neftçi" Ceyhun Sultanova görə sanksiyaya məruz qalacaq

AFFA-nın İntizam Komitəsi «Neftçi»nin idman direktoru Ceyhun Sultanovla bağlı araşdırma aparacaq.

Sportinfo.az xəbər verir ki, bu, menecer Xanbaba Daşdının onunla bağlı şikayətinin araşdırılmasından alınan qərardır.

Belə ki, Saman Nəriman Cahanı Bakı klubuna təklif edən agent onun başqa şəxs vasitəsilə transferinin baş tutmasından şikayətlənib.

X.Daşdı: "Ceyhun Sultanov haqqında göndərdiyim şikayət ilə bağlı AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsinin qərarları açıqlanıb. Qərarda "Şahdağ"FK-da prezident vəzifəsini tutduğuma görə AFFA-da vasitəçi kimi rəsmi qeydiyyatda olmayıb.

Odur ki, «Neftçi»dən menecer haqqı tələbim qəbul olunmayıb və əleyhimə qərar verilib. Mənim əleyhimə bu iki məqam əsas göstərilib. Oyunçunun mənim iştirakımla «Neftçi»yə transferi isə təsdiq olunub.

Bu, işin bitməsi demək deyil, "Neftçi" PFK-nın FİFA tələblərini pozub-pozmadığını araşdırmaq üçün iş AFFA-nın İntizam Komitəsinə yönləndirilib. Qərarda Ceyhun Sultanov haqqında qeyd olunmuş 4 maddəyə əsasən, İntizam Komitəsi araşdırma aparacaq.

Kluba, ya da Ceyhun Sultanova sanksiyalar tətbiq olunacaq. İntizam Komitəsinin qərarlarından sonra tam detalları danışacam. Nə deyim, vallah... Bu dəqiqə heç FİFA-nın verdiyi agent lisenziyasına baxan yoxdur. Bu cür xırdalıqlara getməyə nə gərək var idi?".

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"