"Neftçi”: "Rəhbərlik Dabonun klubun imicinə ciddi şəkildə xələl gətirdiyini bilir"

15 İyun 2020 20:40 Neftçi 1 406
"Neftçi”: "Rəhbərlik Dabonun klubun imicinə ciddi şəkildə xələl gətirdiyini bilir"

"Neftçi”rəhbərliyi "Qarabağ” forması geyinərək sosial şəbəkədə paylaşım edən Baqali Dabo ilə bağlı tədbir görəcək.

Sportinfo.az xəbər verir ki, klub rəsmi saytı vasitəsilə bu barədə məlumat yayıb:

"Neftçi”PFK-nın rəhbərliyi futbolçu Baqali Dabonun davranışından xəbərdardır və onun qəbuledilməz davranışına görə müvafiq tədbirlər görəcək.

Rəhbərlik futbolçunun klubun imicinə ciddi şəkildə xələl gətirdiyini bilir. Hüquqi çərçivədə addımlar atılacaq və ictimaiyyətə bununla bağlı məlumat veriləcək.

Digər Xəbərlər
Xəbər Lenti