İtaliyanın daha bir klubu "Neftçi"nin baş məşqçisi ilə maraqlanır

5 İyun 2020 14:36 Neftçi 651
İtaliyanın daha bir klubu "Neftçi"nin baş məşqçisi ilə maraqlanır

İtaliyanın daha bir futbol klubu "Neftçi"nin sabiq baş məşqçisi Roberto Bordinlə əməkdaşlıq etmək niyyətindədir.

Sportinfo.az "Tuttoc" nəşrinə istinadən xəbər verir ki, C seriyasında mübarizə aparan "İmolese" 55 yaşlı mütəxəssisə həvalə etmək istəyir.

Bordin ötən gün klubla yollarını ayıran Canluka Atsorini əvəzləyə bilər.

Daha əvvəl C seriyasındakı "Sambenedetteze"nin də Roberto Bordini baş məşqçi vəzifəsinə təyin edə biləcəyi yazılıb. İtaliyalı baş məşqçi 2018-ci ildən bu ilin əvvəlinə qədər "Neftçi"də işləyib. O, 2018/2019 mövsümündə Azərbaycan çempionatında gümüş medal qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"