"Neftçi" ona problem yaradan futbolçusundan FİFA-ya şikayət edəcək?

5 İyun 2020 12:44 Neftçi 834
"Neftçi" ona problem yaradan futbolçusundan FİFA-ya şikayət edəcək?

«Neftçi» rəhbərliyi ilə Baqali Dabo arasında gərginlik yeni səviyyəyə yaxınlaşıb.

Sportinfo.az-ın məlumatına görə, paytaxt klubu fransalı hücumçusundan FİFA-ya şikayət etmək niyyətindədir.

Buna səbəb 29 yaşlı legionerin onlardan xəbərsiz «Apollon» ilə danışıqlar aparmasıdır. Bu azmış kimi, Dabo iyunun sonunadək keçiriləcək Premyer Liqa oyunlarında iştirakdan boyun qaçırır.

2018-ci ilin yayında «Qəbələ»ni «Neftçi»yə dəyişən legioner yaranmış vəziyyətin əleyhinə işləməsindən duyuq düşüb. Onun komandanın məşqlərinə qatılması bu narahatlıqdan qaynaqşlanır.

Fransızın sözləşməsi iyulun 1-də qüvvədən düşəcək. Həmin vaxtadək isə o, «Neftçi»nin oyun və məşqlərində iştirak etməyə borcludur.

UEFA və FİFA çapında qəbul olunmuş beynəlxalq normalara görə, istənilən futbolçu müqaviləsinin bitməsinə 6 ay qalmış başqa komandayla danışıqlar aparmaq və anlaşmaq hüququna malikdir.

Bunun üçün sadəcə, öz klubunu öncədən məlumatlandırması şərtdir. Dabo bu tələbə məhəl qoymayıb, bir növ, «Neftçi»yə və rəsmilərə hörmətsiz yanaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"