"Neftçi" məni istədi, "Bohum" icarəyə vermək istəmədi"

29 Fevral 2020 23:50 Neftçi 1 245
"Neftçi" məni istədi, "Bohum" icarəyə vermək istəmədi"

"Avstriyada işlərim pis getmir. Amma mayda yüz faiz "Bohum"a qayıdacağam".

Sportinfo.az xəbər verir ki, bunu apasport.az-a 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının və Avstriyanın “Austriya Klaqenfurt” klubunun üzvü Barış Ekincier deyib.

Müqavilə ilə Almaniyanın ikinci Bundesliqa klubu "Bohum"a məxsus olan hücumçu karyerasını Azərbaycanda davam etdirmək ehtimalına münasibət bildirib.

Ekincier "Neftçi"yə keçidinin alınmamasına aydınlıq gətirib: "Neftçi" ilk dəfə məni istəyəndə, "Bohum" icarəyə vermək istəmədi.

Əslində, klubum məni qısa müddətli icarəyə göndərməyə razı idi. "Neftçi" isə bir illik icarəyə götürmək istəyirdi. O vaxt "Bohum" "yox" demişdi. Hazırda klubla 2022-ci ilə kimi müqaviləm var və mən ona konsentrasiya olmuşam".

Forvard Azərbaycanın əsas millisində oynamaq istədiyini də etiraf edib: "Azərbaycanın yığmasında oynamaq istəyirəm. Bilmirəm, bu 1 il sonra olacaq, yoxsa 10 il sonra. Görək necə alınacaq”.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"