"Sabah"ın yeni transferinə İLK QİYMƏTLƏNDİRMƏ GƏLDİ

13 Yanvar 2020 10:19 Neftçi 1 300
"Sabah"ın yeni transferinə İLK QİYMƏTLƏNDİRMƏ GƏLDİ

"Bir oyunla nəsə demək çətindi, amma o, gözlədiyimiz kimi oynadı".

"Sabah"ın idman direktoru Emin Abbasov Sportinfo.az-a açıqlamasında komandanın yeni transferi Mario Marina haqda danışıb.

Fiziki göstəriciləri ilə seçilən dayaq yarımmüdafiəçisiylə Masazır təmsilçisi ilə növbəti mövsümün sonuna, yəni 2021-in mayına qədər müqavilə bağlayıb.

"Qoritsa"dan gələn legioner Antalyada "Pakş"la keçirilən yoxlama görüşündə meydana çıxıb. Onun debütünü qiymətləndirən klub rəsmisi deyib:

"Dağıdıcılıq qabiliyyəti yaxşıdır. Təcrübəli olduğu üçün rəqibin harada və necə qarşısını almağı düzgün müəyyənləşdirə bilir. Adi gözlə baxsan, diqqəti o qədər də çəkməyən məqamlardır.

Amma harada rəqib futbolçunu xırda qayda pozuntusu ilə dayandırmalı, harada çönməyə qoymamalı, harada məsafə saxlamalı, harada dərhal təmas etməli olduğunu düzgün müəyyənləşdirmək ustalıq səviyyəsindən irəli gəlir.

Təbii ki, hər şeyi zaman göstərəcək. Yəqin ki, çempionat matçlarında onun barəsində daha dolğun fikir bildirmək mümkün olacaq".

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"