"Neftçi" deyir, pul ver!

7 Yanvar 2020 10:30 Neftçi 1 315
"Neftçi" deyir, pul ver!

"Neftçi" Mirabdulla Abbasova növbəti dəfə problem yaradıb.

Sportinfo.az-ın məlumatına görə, paytaxt təmsilçisi müqaviləylə ona məxsus olan hücumçunun "Keşlə" ilə rəsmi müqavilə bağlamasını əngəlləməyə başlayıb.

Cari mövsümün ilk yarısını "Səbail"də keçirən forvardın keçidi üçün "Keşlə"dən yüksək məbləğdə təzminat tələb edib. Halbuki Tərlan Əhmədovun çalışdırdığı komanda onu 6 aylıq icarəyə götürmək istəyir.

"Neftçi" ilə Abbasov arasında narazılığın kökü ötən ilin yayına gedib çıxır. Roberto Bordinin çalışdırdığı kollektivin üzvü olmaq istəməyən hücumçu məşqlərə çıxmaqdan imtina etmiş, heç bir halda geri dönməyəcəyini bildirmişdi.

Belədə "Neftçi" yetirməsini "Səbail"ə icarəyə vermək məcburiyyətində qaldı. Doğma klubunda əsas heyətdən sıxışdırılan Mirabdulla güman edirdi ki, "dənizçilər"lə başlayacağı yeni sərgüzəşt ona uğur gətirəcək.

Gəl ki, mövsümün ilk dövrəsində 3 qol vurandan sonra aldığı zədə hər şeyi korladı. Ardınca isə "Səbail" bəyan etdi ki, onun müqavilə şərtlərini yerinə yetirməyə çətinlik çəkir.

Və indi də "Neftçi" rəhbərliyi iki ayağını bir başmağa dirəyib, "Keşlə"dən böyük məbləğdə təzminat istəyir.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"