"Neftçi"də 2800 manata görə "qurbanlıq keçi"

4 Noyabr 2019 20:55 Neftçi 1 102
"Neftçi"də 2800 manata görə "qurbanlıq keçi"

"Neftçi" Premyer Liqanın 10-cu turunda "Qarabağ"la qarşılaşdı və ilk dövrədəki məğlubiyyətin revanşını ala bilmədi.

Sportinfo.az-ın məlumatına görə, derbinin qolsuz bitməsi paytaxt təmsilçisinin futbolçularını 2800 manatdan məhrum edib. Belə ki, klub rəhbərliyi qələbə qazanacaqları halda hər futbolçuya bu qədər mükafat söz vermişdi.

Komanda üzvləri isə pulun əldən çıxmasına görə Tural Axundovu qınayıblar. Oyundan sonra paltardəyişmə otağında komanda yoldaşları Axundovu son dəqiqələrdə qol imkanını qaçırdığı üçün tənqid ediblər.

Cərimə meydançası daxilində Hacıağa Hacılı ilə ikili mübarizədən sonra özünü yerə atan futbolçuya Roberto Bordin də irad bildirib.

Baş məşqçinin fikrincə, Tural düzgün yıxılmamaqla, referi İnqilab Məmmədovun "Qarabağ"ın qapısına penalti təyin etməsinə mane olub.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"