"Neftçi"də olanda böyük klublara keçəcəyimə inanırdım"

31 Oktyabr 2019 15:32 Neftçi 861
"Neftçi"də olanda böyük klublara keçəcəyimə inanırdım"

"Neftçi"nin sabiq futbolçusu hazırda, “Çaykur Rizespor”da çıxış edən Dario Melnyak Sportinfo.az-a açıqlama verib. “Fənərbaxça”ya keçəcəyi gündəmdə olan xorvatiyalı oyunçu Türkiyə nəhənginə transfer olub-olmayacağı haqda danışıb:

Hazırda məşqlərimizi davam etdiririk, daha sonra İstanbula gedəcəyik. Çünki bizim “Qalatasaray”la vacib oyunumuz var.

İndi bütün fikrimi həmin oyuna yönəltmişəm. “Fənərbaxça”ya keçə biləcəyim barədə xəbərləri özüm də TV-dən, qəzetlərdən, portallardan oxuyuram. Transfer məsələlərinin hamısını agentimə tapşırmışam, bütün işlərlə o məşğuldur. Mən yalnız futbolu düşünürəm”.

“Neftçi”də oynayarkən “Fənərbaxça” kimi böyük komandadan təklif alacağın ağlına gələrdi?” sualına Melnyakın cavabı bu cür olub:

Bəlkə inanmayacaqsınız, amma özümə hər zaman inanıram. Hələ “Neftçi”də oynayanda inanırdım ki, böyük klublarda və güclü liqalarda çıxış etmək imkanı qazanacam”.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"