"Neftçi"nin özünə gəlməsinin "sirri" – Bordin "haqqın yolunu" tapdı

28 Oktyabr 2019 16:19 Neftçi 1 313
"Neftçi"nin özünə gəlməsinin "sirri" – Bordin

Mövsümə uğursuz start götürən "Neftçi" Premyer Liqanın son 4 turunda qələbələri sıralayaraq, 14 xalla turnir cədvəlinin ikinci pilləsinə yüksəlib.

Sportinfo.az paytaxt təmsilçisinin yüksəlişə keçməsinin səbəbini araşdırıb. Klubdan redaksiyamıza sızdırılan məlumata görə, bu, Roberto Bordinin əsas heyəti və taktikanı müəyyənləşdirərkən məsuliyyəti bölüşməyə razılıq verməsi sayəsində mümkün olub.

Belə ki, baş məşqçi bu iki məsələdə rəhbərliyə güzəştə gedərək, onlarla birlikdə qərar verməyə başlayıb. Hər oyundan 1 gün qabaq Kamran Quliyevlə Ceyhun Sultanovun qəbulunda olan italyan çalışdırıcı qarşı tərəfin bütün istəklərini nəzərə alır.

Əvvəl isə belə deyildi. Bordin start "onbirliy"ini müəyyənləşdirərkən məsləhətləri qulaqardına vurur, prezidentlə idman direktoruna verdiyi sözü tutmurdu. Deyəsən, ardıcıl uğursuzluqlar Bordini bütün variantlara əl atmağa sövq edib.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"