1992-də çempion olmuş Getman - Oyunlar yadında qalmayıb, vurduğu qolu xatırlamır

24 Oktyabr 2019 16:34 Neftçi 676
1992-də çempion olmuş Getman - Oyunlar yadında qalmayıb, vurduğu qolu xatırlamır

"Neftçi” ilk Azərbaycan çempionluğunu 1992-ci il oktyabrın 24-də rəsmiləşdirib. Sportinfo.az xəbər verir ki, hazırda komandanın məşqçilərindən olan İqor Getman həmin çempionluqda rolu olan oyunçulardandır. Çempionatda 28 matçda meydana çıxıb, 1 qol vurmuş müdafiəçi "Neftçi"nin rəsmi saytına müsahibə verib:

- "Neftçi” ilə 3 dəfə - 1992-ci, 2004-cü və 2005-ci illərdə Azərbaycan çempionu olmusuz. Yəqin ki, ilk çempionluq daha əzizdir...

- Bəli, ilk çempionluq həmişə yaddaqalan olur. Amma onun daha yaxşı və ya daha əziz olduğunu deyə bilmərəm. Çünki hər çempionluq futbolçu üçün böyük şərəfdir. Çempionluqların üçü də mənə əzizdir.

- Həmin çempionatda meydana çıxdığınız 28 oyundan hansı daha yaddaqalan olub?

- Sözün düzü, hər oyunu ayrı-ayrılıqda xatırlamıram. Yadımdadır ki, biz SSRİ çempionatını yenicə tərk etmişdik, çox yaxşı futbolçularımız vardı. Ümumiyyətlə, həmin heyət çox güclü idi.

- "Turan”la çempionluğu rəsmiləşdirdiyiniz oyunda da 90 dəqiqə meydanda idiniz...

- Bilirdik ki, çempion olmağa çox yaxınıq. Ona görə də gərginlik yüksək idi. Oyunun gedişində hesabda geri düşdük. Bununla belə, cavab qolunu vura bildik, Samir Ələkbərov fərqləndi. Heç-heçə bizi qane etsə də, qalib gəlmək istəyirdik. Düzdür, qələbə qazana bilmədik, amma bu bərabərlik çempionluq üçün kifayət etdi. Sevincimizin həddi-hüdudu yox idi.

- Bəs həmin mövsüm vurduğunuz yeganə qolu necə xatırlayırsız? Sabirabad "İnşaatçı”sının qapısından keçirilmiş 7 qoldan (7:1) birinin müəllifi sizsiniz...

- Etiraf edim ki, həmin qolu xatırlamıram. Əslində, vurduğum qollardan heç biri yadımda deyil. Müdafiəçinin əsas vəzifəsi müdafiə olunmaq və irəli xətdəki futbolçuları topla təmin etməkdir ki, onlar qol vursunlar. Əgər mövsüm ərzində qol vururdumsa, bu, uğur sayılırdı.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"