"Qarabağ"ın xal itirməsi bizim üçün yaxşıdır"

22 Oktyabr 2019 19:14 Neftçi 633
"Qarabağ"ın xal itirməsi bizim üçün yaxşıdır"

"Hər oyuna qələbə üçün çıxırıq. "Zirə" ilə matçda da necə futbol nümayiş etdirdiyimiz aşkar şəkildə göründü. Qələbə qazanmaq hər zaman yaxşıdır".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Neftçi"nin müdafiəçisi Tural Axundov deyib.

"Ağ-qaralar"ın futbolçusu Premyer Liqanın 8-ci turu çərçivəsində "Zirə" üzərində qazandıqları qələbəni şərh edib. O, həmçinin "Neftçi"nin "Qarabağ"la çempionluq mübarizəsi aparması barədə də fikirlərini bildirib: "Zirə" ilə oyunda çox qola vura bilərdik. Deməzdim ki, ilk dövrədəki məğlubiyyətin əvəzini çıxırdıq. Sadəcə, oyunumuz yaxşı alındı, qalib gəldik.

İkinci pillədə olmaq yaxşıdır. Çalışacağıq ki, “Qarabağ”la xal fərqini azaldaq. Hamımız istəyirik ki, birinci pilləyə yüksələk. “Qəbələ”nin “Qarabağ”dan xal alması bizi sevindirdimi? Təbii ki. “Qəbələ” hazırda elə komandadır ki, hər bir güclü rəqibdən xal ala bilər. Əlbəttə ki, “Qarabağ”ın xal itirməsi bizim üçün yaxşıdır. Çalışacağıq ki, “Qarabağ”a yaxınlaşaq. Hamımız bunu istəyirik”.

Premyer Liqanın 9-cu turu çərçivəsində “Sumqayıt”la qarşılaşacaq “Neftçi” səfərdə qalib gəlmək iddiasındadır. İlk dövrənin “Neftçi” – “Sumqayıt” görüşünün son dəqiqələri olduqca aqressiv alınmışdı. Axundovun fikrincə, Sumqayıtdakı görüşdə hər şeyə hazır olmaq lazımdır: “Sumqayıt” yaxşı komandadır. Bizim üçün çətin olacaq. Amma hər oyuna olduğu kimi bu dəfəki görüşə də üç xal üçün çıxacağıq. Hər şeyə hazır olmalıyıq. Hər an nəsə ola bilər. Çalışacağıq ki, qalib gələk. “Sumqayıt” evdə oynayır. Onların azarkeşlərinin bizi fitə baslamaları, təzyiq göstərmələri normaldır. Biz o ab-havaya girmək istəmirik, yalnız oyunu düşünürük”.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"