Dario Federiko: "Azarkeşləri yanımızda görmək istəyirik"

17 Oktyabr 2019 15:20 Neftçi 472
Dario Federiko: "Azarkeşləri yanımızda görmək istəyirik"

"Neftçi”-nin yarımmüdafiəçisi Dario Frederiko müsahibə verib. Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, braziliyalı futbolçu azarkeşləri sevindirmək üçün əlindən gələni edəcəyini deyib.

- Komandanızın ilk dövrədəki nəticələrini necə dəyərləndirirsən?

- Çempionata yaxşı başlamadıq. Buna baxmayaraq, son iki oyunda toparlanıb qələbə qazana bildik. İnanıram ki, ikinci dövrədə qələbələrin davamını gətirəcəyik.

- Qarşıdan "Zirə” ilə oyun gəlir? İlk dövrədə məğlub olduğunuz qəsəbə təmsilçisi ilə ümumi statistika da xeyrinizə deyil.

- "Zirə” ilə ilk dövrədəki oyunda bəxtimiz gətirmədi. Yadımdadır, matça çox yaxşı başlasaq da, qol fürsətlərini boşa vermişdik. Qarşıdakı oyuna ciddi hazırlaşırıq. Bütün rəqiblərimizə hörmətlə yanaşırıq. Bilirəm ki, asan olmayacaq, amma meydana yalnız qələbə üçün çıxacağıq.

- 6 çempionat matçında meydana çıxsan da, qol vurmamısan. Öz oyununu necə qiymətləndirirsən?

- Bu mövsümkü çempionatda qol hesabımı açmasam da, çalışıram oyunumla komandaya maksimum fayda verim. Mənim üçün əsas olan komandamızın nəticəsidir. Oyundan oyuna daha da artırmağa çalışıram.

- "Neftçi” ilk dövrədən sonra liderdən 10 xal geri qalaraq 3-cü yeri tutur. Səncə, mövsümün sonunda komandanın turnir cədvəlindəki mövqeyi necə olacaq?

- Keçən mövsüm olduğu kimi, hədəfimiz yenə də çempionatın və kubokun qalibi olmaqdır. Liderlə 10 xallıq fərqə baxmayaraq sona qədər mübarizə aparacağıq. Qarşıda çox oyun var. Sonda hər şey ola bilər.

- Azarkeşlərə nə demək istərdin?

- Azarkeşləri keçən mövsüm olduğu kimi, bu mövsüm də hər zaman yanımızda görmək istəyirik. Onları sevindirmək üçün əlimizdən gələni edəcəyik.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"