"Neftçi" xorvatiyalı qapıçı ilə danışıqlar aparır, 2 legionerlə vidalaşır

21 Yanvar 2022 17:30 Neftçi 1 101
"Neftçi" xorvatiyalı qapıçı ilə danışıqlar aparır, 2 legionerlə vidalaşır

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Neftçi" daha 2 futbolçusu ilə yollarını ayırır.

Sportinfo.az xəbər verir ki, bu barədə "report"a klubun Media, marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəisi Rüstəm Allahverdiyev məlumat verib.

O bildirib ki, Harramiz Soares və Xorxe Korrea ilə müqavilələrə qarşılıqlı razılıq əsasında xitam verilməsi istiqamətində işlər gedir:

"Korrea ilə bağlı durumun aydınlaşdırılması prosesi gedir. O, komandanı tərk edə bilər. Harramizin məsələsinə isə bu gün və ya sabah aydınlıq gələcək. Çox güman ki, yollarımızı ayracağıq".

Allahverdiyev transfer etmək istədikləri xorvatiyalı qapıçı İvan Brkiçlə danışıqlar apardıqlarını təsdiqləyib: "Hər şey uğurlu olsa, onun keçidini də açıqlayacağıq".

Son klubu Latviya "Riqa"sı olan 27 yaşlı qolkiper ölkəsində "İstra", "Lokomotiva", "İmotski", "Tsibaliya" komandalarının, həmçinin Bosniya və Herseqovinada "Jrinski"nin formasını geyinib.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"