Polyak idman direktoru “Neftçi”dən danışdı: “Futbola marağı olan insanlar bilir ki...”

20 Yanvar 2022 20:20 Neftçi 1 115
Polyak idman direktoru “Neftçi”dən danışdı: “Futbola marağı olan insanlar bilir ki...”

Türkiyədə təlim-məşq toplanışında olan “Neftçi”nin sonuncu yoxlama görüşündəki rəqibi müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan çempionu Polşa klubu “Qurnik”lə qarşılaşacaq.

Bu barədə Leçna klubunun idman direktoru Veljko Nikitoviç xəbər verib. O, ölkəsinin mətbuatına açıqlamasında bildirib ki, bu gün “Zirə”, yanvarın 24-də isə “Neftçi” ilə üz-üzə gələcəklər

: “Yanvarın 24-də qarşılaşacağımız ikinci sparrinqin təsdiqini almışıq. Rəqib Azərbaycanın digər təmsilçisi “Neftçi” olacaq.

Futbola marağı olan insanlar bilirlər ki, onlar çox yaxşı komandadır”.

Bolqarıstan mətbuatı “MOİK 1948”in yanvarın 24-də “Neftçi” ilə qarşılaşmalı olduğunu bildirsə də, sonradan bu görüşün baş tutmayacağını açıqlayıb.

Premyer Liqanın çempionu Antalyadakı ilk iki yoxlama oyununda Macarıstan “Kişvarda”sı (2:2) və Polşa “Visla”sı (Plotsk – 1:1) ilə heç-heçə edib.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"