“Neftçi”də yeni simalar – DÜŞƏRGƏDƏN FOTOREPORTAJ

11 Sentyabr 2021 12:40 Neftçi 1 356
“Neftçi”də yeni simalar – DÜŞƏRGƏDƏN FOTOREPORTAJ

“Neftçi” Premyer Liqanın 3-cü turunda qarşılaşacağı “Qarabağ”la matçın hazırlığını davam etdirir.

Milli komandanın oyunlarına görə çempionatda yaranmış fasilə zamanı avqustun 28-dən 30-dək 3 günlük istirahətə buraxılmış “ağ-qaralar” ayın 31-də hazırlığı bərpa edib.

Sportinfo.az xəbər verir ki, Bu müddət ərzində keçirilən məşqlərə yeni transfer olunmuş braziliyalı hücumçular – Ramon Maçado və Tiaqo Bezerra da qatılıb.

Millilərin düşərgəsindən qayıdan Mamadu Kane dünən, Emin Mahmudov isə iki günlük istirahətdən sonra məşqə qoşulub.

Hazırda iki seneqallı legioner komandanın düşərgəsində baxışdadır. 18 yaşlı dayaq yarımmüdafiəçisi Sisse Usman və mərkəz müdafiəçisi olan həmyaşıdı

Dyedyu Usman da məşqlərdə iştirak edirlər. Bu futbolçular məşqçilər heyəti tərəfindən bəyəniləcəyi halda, onlarla rəsmi müqavilə bağlanacaq və bu haqda rəsmi məlumat veriləcək.

“Neftçi” – “Qarabağ” oyunu sentyabrın 12-si saat 20:30-da “Bakcell Arena”da keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"