"Neftçi"nin legioneri hərbi çevrilişə görə Qvineyadan Azərbaycana gələ bilmir

6 Sentyabr 2021 14:20 Neftçi 2 321
"Neftçi"nin legioneri hərbi çevrilişə görə Qvineyadan Azərbaycana gələ bilmir

"Neftçi"nin legioneri Mamadu Kanenin Qvineyadakı hərbi çeviriləşə görə ölkəni tərk edə bilmir.

Sportinfo.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi hazırda Mərakeş yığması ilə DÇ-2022-nin seçmə oyununa görə ölkəsindədir.

Bu gün keçirilməli olan Qvineya - Mərakeş görüşü FIFA-nın qərarı ilə təxirə salınıb. Bir həftə ərzində ölkəyə bütün giriş-çıxışlar dayandırılıb.

"Neftçi"nin Media, marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Rüstəm Allahverdiyev məsələyə münasibət bildirib:

"Qvineyadakı çevrilişdən sonra Mamadu Kanenin qayıdıb-qayıtmayacağı və necə qayıdacağı ilə bağlı məlumatımız yoxdur. Nəsə olacağı təqdirdə ictimaiyyətə məlumat veriləcək".

Müqavilə ilə Yunanıstan “Olimpiakos”una məxsus olan oyunçu icarə əsasında "ağ-qaralar"da çıxış edir.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"