“Neftçi”nin uğursuzluğuna dəqiq diaqnozun qoyulması üçün...

1 Sentyabr 2021 22:20 Neftçi 947
“Neftçi”nin uğursuzluğuna dəqiq diaqnozun qoyulması üçün...

Avrokuboklarda kvalifikasiya, p.-off marafonu başa çatdı.

Qrupların püşkü də atıldı.

Bu mövsümdən etibarən UEFA yeni, çəkisinə görə 3-cü turnirə, Konfrans Liqasına start verdi. Vaxtilə bəyənilməyən Avropa Liqası klublarımızın üzünə bağlandı.

İlk mərhələlərdən avrokuboklara qatılan ölkə çempionlarının imtiyazları artırıldı. İlk dəfə olaraq qalib komandalar 3 mərtəbəli güzəştlərlə hər 3 turnirdə qrup yolunun axtarışına çıxdılar...

Çempion "Neftçi" turnirlərin hamısında özünü sınadı. "Dinamo" ilə oyunlardan başlayaraq müzakirələr aparıldı, hərtərəfli fikirlər bildirilirdi.

Bu gün də davam etməkdədir...Komandaya dəstək olmaqla yanaşı, təzyiq olmasın deyə, təhlilləri, açıqlamaları sonraya saxladıq. Səbəbsiz deyildi...

Əvvəlki illərdə "Neftçi" çempion olmalıdır ki"? düşüncələri ilə razılaşmaq mümkün deyildi. Qəti etirazımızı bildirir, belə açıqlamaların yolverilməz olduğunu əsaslandırırdıq. Uzun illərdən sonra "Neftçi" çempionluğunu qaytardı, istəmədən özləri özlərini "döymüş" oldu.

Komanda hazır idisə, niyə təzyiqlər olmasın deyə düşünülürdü? Çünki analizlərə söykənərək belə olacağı öncədən bilinirdi. Sonra deyilməsin ki, bizə imkan vermədilər oynamağa. Onsuz da klubdan axtarılan "günahkarlar" günü-gündən artır...

Heç bir klub uğursuzluqdan sığortalanmayıb. Sığorta şirkəti ilə anlaşması olan tək "Neftçi"dir. Komanda udar da, uduzar da.

Fərq ondadır ki, bir var qəza, bir var məqsədəuyğunluq. Təzyiqlər olmadan fanatların az da olsa ümidləri qalmalı idi...

Təhlillər futbol adına daha geniş aparılmalıdır. Artıq həftələrdi klubun daxilində, çölündə günahkarlar axtarılır, müxtəlif arqumentlər gətirilir, fanat-azarkeşlər arasına bilərəkdən nifaq salınır, süni qarşıdurmalar yaradılır.

Təbliğat maşını "Neftçi" adına yox, fərdlərə qulluq edir...

Uğursuzluğa dəqiq diaqnozun qoyulması üçün ötən mövsümə, daha öncəyə gedilməli və mərhələli şəkildə analizlər aparılaraq bu günlərə gəlinməlidir.

Bir matçı, bir mövqeyi, bir futbolçunu, bir transferi müzakirə etməklə problemlərin kökünün haradan qaynaqlandığı bilinməz!

(ardı var)

Tahir Süleymanov
“Neftçi”nin sabiq vitse-prezidenti

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"